“1 dollar 2.2-2.8 manat olacaq” - PROQNOZ

“1 dollar 2.2-2.8 manat olacaq” - PROQNOZ

03-01-2017 00:07 / Bu xəbər 4287 dəfə oxundu

İqtisadçı Qubad İbadoğlunun fikrincə, 2017-ci il ərzində manatın dollara nəzərən məzənnəsi 3 ssenaridən birində inkişaf edə bilər.
 
Arqument.az xəbər verir ki, iqtisadçı bu barədə feysbuk səhifəsində yazıb: "Ən yaxşı ssenaridə 1 dollara görə manatın orta məzənnəsi 2 manat 20 qəpik, orta ssenaridə 2 manat 50 qəpik, pis ssenairədə isə 2 manat 80 qəpik ola bilər. Bir sözlə manatın dollara nisbətdə məzənnəsi üçün dəhliz 2 manat 20 qəpiklə 2 manat 80 qəpik arasında müəyyənləşə bilər”.
 
İqtisadçı qeyd edib ki, 2017-ci ildə maliyyə və bank sektorunun çətinlikləri davam edəcək:
 
"Maliyyə bazarlarına nəzarət Palatasının bankların xərclərinin artımını şərtləndirən yeni qərarlarının bu ildən icraya yönəlməsi bankların və qeyri-bank kredit təşkilatlarının manevr imkanlarını məhdudlaşdıracaq. Əldə etdiyi gəlirlərlə xərclərini tənzimləmək sahəsində problemlərlə üzləşən əmanətçilər və kreditorlar qarşısında öhdəliklərini vaxtında yerinə yetirməyən bir neçə bankın lisensiyası geri alınacaq, həm bank və həm də bank olmayan kredit təşkilatları fəaliyyətlərini dayandırmaq və birləşmək məcburiyyətində qalacaqlar”. 

Arqument.Az