100-ə yaxın deputatlığa namizəd bir araya gələcək

100-ə yaxın deputatlığa namizəd bir araya gələcək

26-02-2020 18:37 / Bu xəbər 2126 dəfə oxundu

Fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində iştirak edən deputatlığa namizədlər toplantı keçirəcəklər.

Bu barədə arqument.az-a 32 saylı Surxanı üçüncü seçki dairəsindən namizəd Fikrət Cəfərli məlumat yayıb.

O bildirib ki, topğlantı fevralın 27-də, saat 12:00-da Caspian Plazada baş tutacaq. 

Tədbirin namizəd olmuş şəxslər və ictimaiyyət nümayəndələri üçün açıq olduğu bildirilir.

Tədbirin keçiriləcəyi ünvan isə belədir: "Caspian Plaza, 1-ci blok, 8-ci mərtəbə, Cəfər Cabbarlı 44, Caspian Platforum".

Cəfərli bildirib ki, toplantıda çoxlu sayda namizəd olmuş şəxs iştirak edəcək və onlar seçkilərdəki qanun pozuntularına etirazlarını ifadə edəcəklər: "100-ə yaxın namizədin iştirakı gözlənilir", - Cəfərli qeyd edib. 

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK prosesin yekunlaşdığını və bütün şikayətlərə baxıldığını açıqlasa da, namizədlər bununla razılaşmırlar.