18 Oktyabr - Müstəqillik günü

18 Oktyabr - Müstəqillik günü

18-10-2019 14:56 / Bu xəbər 2443 dəfə oxundu

Bu gün 18 oktyabr Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından 28 il ötür.

XX əsrin 80-ci illərindən etibarən əvəlcə 230 min azərbaycanlının Qərbi Azərbaycandan deportasiya edilməsi, daha sonra Dağlıq Qarabağın Ermənistana keçməsi ilə bağlı qərar  ölkədə mövcud vəziyyəti gərginləşdirdi. 

Bu illər həm də Azərbayvanda suverenlik və ərazi bütövlüyü uğrunda kütləvi xalq çıxışları ilə də yadda qalıb.

1988-ci ilin 17 noyabırında  Azadlıq (Lenin) meydanında mitinq üçün toplaşan yarım milyondan artıq  insanı "azadlıq”, "suverenlik”  ideyaları birləşdiririb. 

Xalqın təzyiqi ilə Respublika Ali Sovetinin 1989- cu il sentiyabrın 23-də toplanmış sessiyası "Azərbaycan SSR-nin suverenliyi haqqında” Konstitusiya qanununu qəbul etməyə məcbur olub.

1990-cı ildə olan 20 yanvar hadisələri xalqın azadlıq səsini boğmaq üçün bir qulaqburması olsa da, bu hadisə SSR-nin dağılması üçün silaha çevrilib. 

Azərbaycan Respublikası Ali Sovetinin 1991- ci il avqustun 30-da çağrılmış növbədənkənar sessiyası  "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə” qəbul edib.

Ali Sovetin 1991-ci il oktyabrın 18-də toplanmış sessiyası "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Akt”nı qəbul edərək, müstəqilliyi rəsmən bərpa edib. 

Həmin tarixdən etibarən 18 oktaybr Müstəqillik günü kimi qeyd olunmağa başlayıb.///toplum.tv