18 yaşlı əsgərin öldürüldüyü bildirilir

18 yaşlı əsgərin öldürüldüyü bildirilir

08-07-2019 02:13 / Bu xəbər 1107 dəfə oxundu

Astara rayon Kakalos kəndi sakini, 2001-ci il təvəllüd Rusin Rauf oğlu Əhədovun başından vurularaq öldürüldüyü bildirilir.

Bu barədə Meydan TV-yə əsgərin yaxınları məlumat verib. 

Bildirilir ki, Rusin Əhədov bu ilin aprelində Goranboy rayonu, Bərdə korpusuna müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Hadisənin hansı zəmində baş verməsi müəmmalıdır. Cənazənin sabah ailəsinə təhvil veriləcəyi deyilir.

İş günü olmadığından Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.