1992-ci ildən bu yana 1324 jurnalist öldürülüb

1992-ci ildən bu yana 1324 jurnalist öldürülüb

03-11-2018 15:46 / Bu xəbər 1634 dəfə oxundu

Suriyada hərbi münaqişələr nəticəsində 689 KİV nümayəndəsi ölüb.

Məlumatı "Report” Suriya İnsan Hüquqları Təşkilatının hesabatına əsasən yayıb.

Bildirilir ki, Bəşər Əsəd rejimi və tərəfdarları 543 jurnalisti, o cümlədən 5 xarici KİV nümayəndəsini öldürüb. 

Rusiya Hərbi-Kosmik Qüvvələrinin bombardmanları nəticəsində 19 jurnalist ölüb. ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın aviazərbələri nəticəsində isə 1 jurnalist həyatını itirib.

Terrorçu PKK/YPG-PYD qruplaşmasının silahlıları Suriyada 4 jurnalisti, İŞİD üçü xarici olmaqla 64, silahlı müxaifət 25, "Həyat təhrir əş-Şam” 5 KİV nümayəndəsini öldürüb. Suriyadakı silahlı münaqişə nəticəsində 28 jurnalisti öldürən qruplaşma məlum deyil.

Hesabata görə, Suriyada müharibə başlayandan 18-i xarici ölkə vətəndaşı olmaqla 418 jurnalist tutulub. Bəşar Əsəd rejimi 346 KİV nümayəndəsini, o cümlədən 4 əcnəbini həbs edib. Terrorçu YPG/PYD qruplaşması 7, İŞİD 8-i əcnəbi olmaqla 48, silahlı müxalifət 5-i xarici ölkə vətəndaşı olmaqla 14, "Həyat Təhrir əş-Şam” biri xarici olmaqla 3 jurnalisti tutub.

Suriyada 2011-ci ilin martında dinc etiraz aksiyası iştirakçılarına Bəşər Əsədin hərbçilərinin atəş açması ilə silahlı münaqişə başlayıb.

BMT-nin məlumatına görə, münaqişə nəticəsində 400 min nəfərdən çox insan ölüb, 10 milyondan çox insan öz evini tərk 
edib, 4,8 milyon suriyalı xarici ölkə ərazisinə sığınıb.

Beynəlxalq hesabatlara görə 1992-ci ildən bu yana 1324 jurnalist qətlə yetirilib.