2 uşağın boğazını kəsdilər... - Azərbaycanda ŞOK OLAY - YENİLƏNİB

2 uşağın boğazını kəsdilər... - Azərbaycanda ŞOK OLAY - YENİLƏNİB

21-06-2015 00:22 / Bu xəbər 3269 dəfə oxundu

Gəncədə qətl hadisəsi baş verib. 

Lent.az-ın xəbrinə görə, iki uşağın boğazı kəsilib. 

Hadisə bu gün saat 17 radələrində şəhərin Ruzigar Qasımov küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan bir yaş yarımlıq  Ə. Y.-nin boğazı kəsilərək qətlə yetirilib. Eyni vaxtda onun qardaşı, 2013-cü il təvəllüdlü Ə.V.-nin da boğazı kəsilib. 

Onu dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriblər. 

Uşağın vəziyyətinin ağır olduğu bildirilir. 

Hazırda şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. 

Faktla bağlı cinayət işi acılıb, araşdırma aparılır.

***

Gəncədə dəhşətli qətl hadisəsinin bəzi təfərrufatı bəlli olub. Gəncə şəhər Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə zamanı ailənin 4 nəfər üzvü də evdə olub. 

Axşam saatlarında iki maskalı şəxs evə daxil olaraq 1 və 3 yaşlı uşaqların başını kəsiblər. Cinəyatkarlar evdən heç nə götürməyərək evi tərk ediblər. Hazırda hadisə yerində polis işləyir. 

Yerli sakinlərin bildirdiyinə görə isə ailə radikal dini təriqətin üzvü olub.

Xatırladaq ki, Gəncənin "beş yol” adlanan ərazisində yaşayış evində biri 1, digəri 3 yaşlı olmaqla iki uşağın baş kəsilmiş halda meyiti aşkar edilib. Hadisə bir neçə saat bundan öncə baş verib. 

Arqument.Az