20-dən artıq dairənin nəticələri araşdırılır - Müraciətlər DSK-lara göndərilib

20-dən artıq dairənin nəticələri araşdırılır - Müraciətlər DSK-lara göndərilib

15-02-2020 18:03 / Bu xəbər 1431 dəfə oxundu

Müraciətlər araşdırılması üzrə müvafiq DSK-lara göndərilib

Fevralın 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Komissiya 8 saylı Binəqədi Birinci, 13 saylı Xəzər Pirallahı, 15 saylı Yasamal Birinci, 16 saylı Yasamal İkinci, 18 saylı Nərimanov-Nizami, 22 saylı Nəsimi İkinci, 29 saylı Səbail, 31 saylı Suraxanı İkinci, 32 saylı Suraxanı Üçüncü, 34 saylı Xətai İkinci, 40 saylı Kəpəz İkinci, 42 saylı Sumqayıt İkinci, 120 saylı Cəbrayıl-Qubadlı, 47 saylı Mingəçevir, 56 saylı Xaçmaz Kənd, 60 saylı Salyan-Neftçala, 61 saylı Neftçala, 63 saylı Sabirabad Birinci, 72 saylı Yardımlı-Masallı, 82 saylı Ağcabədi, 94 saylı Bərdə Kənd, 106 saylı Tovuz-Qazax-Ağstafa, 107 saylı Qazax, 112 saylı Qax, 118 saylı Ağdam Şəhər seçki dairələri üzrə müraciətlərin araşdırılması üzrə müvafiq DSK-lara göndərilməsi ilə bağlı qərar qəbul edib.

8 saylı Binəqədi Birinci seçki dairəsindən Azay Quliyev, 13 saylı Xəzər Pirallahı seçki dairəsindən Rauf Əliyev, 15 saylı Yasamal Birinci seçki dairəsindən Ülvi Quliyev, 16 saylı Yasamal İkinci seçki dairəsindən Erkin Qədirli, 18 saylı Nərimanov-Nizami seçki dairəsindən Rasim Musabəyov, 22 saylı Nəsimi İkinci seçki dairəsindən Asim Mollazadə, 29 saylı Səbail seçki diarəsindın Nigar Arpadarai, 31 saylı Suraxanı İkinci seçki dairəsindən Etibar Əliyev, 32 saylı Suraxanı Üçüncü seçki dairəsindən Afət Həsənova, 34 saylı Xətai İkinci seçki dairəsindən Mixail Zabelin, 40 saylı Kəpəz İkinci seçki dairəsindən Musa Quliyev, 42 saylı Sumqayıt İkinci seçki dairəsindən Tahir Mirkişili, 56 saylı Xaçmaz Kənd seçki dairəsindən Sevil Mikayılova, 60 saylı Salyan-Neftçala seçki dairəsindən Fəzail Ağamalı, 61 saylı Neftçala seçki dairəsindən Sabir Rüstəmxanlı, 63 saylı Sabirabad Birinci Seçki dairəsindən Kamal Cəfərov, 72 saylı Yardımlı-Masallı seçki dairəsindən Musa Qasımlı, 82 saylı Ağcabədi seçki dairəsindən Tahir Rzayev, 94 saylı Bərdə Kənd seçki dairəsindən Zahid Oruc, 106 saylı Tovuz- Qazax-Ağstafa seçki dairəsindən Ülviyyə Ağayeva, 107 saylı Qazax seçki dairəsindən Səməd Seyidov, 112 saylı Qax Seçki dairəsindən Azər Kərimli, 118 saylı Ağdam Şəhər Seçki dairəsindən Bəxtiyar Əliyev lider namizəd elan ediliblər.

Komissiya 77 saylı Astara Seçki dairəsindən daxil olan şikayətlərdə iddia edilən qanun pozuntularının təsdiqini tapmadığını bildirib. Səsvermənin nəticələrinin qüvvədə qalması ilə bağlı qərar qəbul edib. 77 saylı Astara Seçki dairəsindən Rəşad Mahmudov qalib elan olunub.

Fevralın 13-də MSK-nın iclasında 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran kənd, 80 saylı İmişli-Beyləqan seçki dairələrinin nəticələri ləğv edilmişdi. Həmin dairələrdən Hüseynbala Mirələmov, Rauf Arifoğlu, Hadı Rəcəbli və Çingiz Qənizadə qalib elan olunmuşdu.

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib. Milli Şura və KXCP seçkiləri boykot etsə də, AMİP, ADP, BAXCP, BQP, VHP, YAP, Müsavat, Ümid, ReAL partiyaları seçkilərə qatılıblar.

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası fevralın 10-da seçkilərin nəticələri haqda ilkin hesabatlarını yayıb. Nəticələrin Azərbaycan xalqının iradəsini əks etdirmədiyini bildiriblər.

Əslində Azərbaycanda parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.