2017-ci ilin nobelçiləri bəlli oldu - ADLAR

2017-ci ilin nobelçiləri bəlli oldu - ADLAR

05-10-2017 20:04 / Bu xəbər 102 dəfə oxundu

2017-ci il üzrə Nobel mükafatçıları bəlli olub. 

Toplum.tv xəbər verir ki, İsveçdə yerləşən Nobel Komitəsi 2017-ci il üzrə Nobel mükafatçılarını elan edib.

Belə ki, Ədəbiyyat üzrə Nobel mükafatını yapon əsilli ingilis yazıçı Kazuo İşiquro qazanıb. İşiquro bu mükafata "Günün qalanı" romanına görə layiq görülüb.
Fizika üzrə Nobel mükafatına isə Rainer Vaisə, Berri Beriş və Kip Torneyə layiq görülüb. Nobel Komitəsindən verilən açıqlamada bu üç alimin cazibədalğaları üzərində apardıqları araşdırmalara görə mükafatalandırıldığı bildirilib. 

Kimya sahəsində Nobel mükafatına isə  isveçrəli Jacques Dubochet, alman Joachim Frank ve ingilis Richard Henderson layiq görülüb. Komitə bu alimləri "Məhlul halda biomolekullarda yüksək həll oluna bilən quruluşun müəyyən olunmasını təmin edən kiro-elektron mikroskobisini inkişaf etdirdikləri üçün" mükafatlandırdıqlarını açıqlayıb.

Tibb sahəsində isə bu mükafatı üç amerikalı alim qazanıb. Nobel Komitəsindən edilən açıqlamada, builki Tibb Mükafatının bioloji saat kimi də tanınan, sirkadiyen ritminə nəzarət edən molekulyar mexanizmləri kəşf edən Cefri C. Hall, Maykl Rosbash və Michael W. Young arasında bölüşdürüldüyü qeyd olunub.