Hava necə olacaq?

Hava necə olacaq?

19-02-2017 12:28 / Bu xəbər 1399 dəfə oxundu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq.
 
Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi  ilə əvəz olunacaq. 

Havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz   7-9° isti olacağı gözlənilir. 

Atmosfer  təzyiqi  normadan yüksək  772  mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65%  təşkil edəcək.
 
Azərbaycanın rayonlarına gəlincə, fevralın 21-də hava şəraitinin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. 

Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 6-11° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.