Yağış yağacaq

Yağış yağacaq

16-04-2017 20:26 / Bu xəbər 1569 dəfə oxundu

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi gündüz arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 7-10° isti, gündüz 17-22° isti, Bakıda gecə 8-10° isti, gündüz  19-21° isti olacağı gözlənilir. 

Atmosfer  təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. 

Nisbi rütubət gecə 75-85 %, gündüz  45-50 %  təşkil edəcək.
 
Azərbaycanın rayonlarına gəlincə, aprelin 17-də hava əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq. Lakin gündüz  bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. 

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturunun gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.