Hava necə olacaq?

Hava necə olacaq?

11-05-2017 17:50 / Bu xəbər 1265 dəfə oxundu

Mayın 12-si Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı bildirilir. 

Gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 12-15, gündüz 18-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. 

Gecə 11-16, gündüz 19-23, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti təxmin edilir.