Baş redaktor Baş Prokurorluğa çağırıldı

Baş redaktor Baş Prokurorluğa çağırıldı

23-05-2017 10:57 / Bu xəbər 1117 dəfə oxundu

"Basta” saytının baş redaktoru Mustafa Hacıbəyli bu gün Baş Prokurorluğa çağırılıb.

Bu barədə bastainfo-ya Mustafa Hacıbəyli məlumat verib. 

"Baş prokurorluqdan zəng etdilər. Bu gün saat 3-də prokurorluğa getməli olduğumu bildirdilər. Dəvətin səbəbni soruşdum, dedilər ki, saytda dərc olunmuş bəzi yazılarla bağlıdır”, – Mustafa Hacıbəyli bildirib.

Xatırladaq ki, aprel ayında Mustafa Hacıbəyli polisə çağırılmışdı.

Arqument.Az