Milli Şura Bakıda mitinq keçirdi - VIDEO

Milli Şura Bakıda mitinq keçirdi - VIDEO

23-09-2017 23:31 / Bu xəbər 2840 dəfə oxundu

Milli Şura sentyabrın 23-də Bakıda, İnşaatçılar metrostansiyasının yaxınlığındakı Məhsul stadionunda etiraz mitinqi keçirib. 

Mitinq Azərbaycan hakimiyyətinin aşkarlanmış sonuncu – 3 milyard dollarlıq korrupsiya əməliyyatı ilə bağlı olub. 

Mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.  

Mitinqə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli aparıcılıq edib.

AXCP sədri Əli Kərimli çıxışı zamanı məlumat verib ki, hakimiyyət mitinqi pozmaq üçün 50 nəfərdən çox fəalı, o cümlədən mitinq komitəsinin üzvlərini (təşkilatçıları) həbs edib. 

Həbs edilənlərdən biri də Milli Şuranın əvvəlki mitinqlərinin aparıcısı İlham Hüseyndir. Ona və mitinq komitəsinin üzvləri Bəhruz Həsənli, Aqil Əli Məhərrəm, Emil Səlimov, Saqif Qurbanova 15 sutka inzibati həbs verilib.

Mitinqdə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri – Rövşən Əhmədli, Gültəkin Hacıbəyli, AXCP Ali Məclis sədri Nurəddin Məmmədli və Milli Şuranın sədri Cəmil Həsənli çıxış edib.///Toplum.Tv