Müsavat başqanının müavini ABŞ Dövlət Departamentinə dəvət edildi

Müsavat başqanının müavini ABŞ Dövlət Departamentinə dəvət edildi

28-09-2017 00:04 / Bu xəbər 2755 dəfə oxundu

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu ABŞ Dövlət Departamentinə dəvət edilib. 

Bu barədə Arqument.Az-a Tofiq Yaqublu məlumat verib. 

O bildirib ki, Kristofer Smitin sanksiya layihəsindən sonra ABŞ Dövlət Departamentinə yüksək səviyyəli görüşə dəvət alıb və ciddi müzakirələr aparıb.
Image result for Tofiq Yaqublu
"Kris Smitin sanksiya layihəsindən sonra, bu gün ABŞ Dövlət Departamentinə yüksək səviyyəli görüşə dəvət edildim. Görüşdə ölkəmizdəki son durumla bağlı çox ciddi, əhəmiyyətli və geniş müzakirə apardıq. Görüşün detalları haqda ancaq bu qədər yaza bilərəm", - T. Yaqublu bildirib. 

Arqument.Az