''Avropa Şurası ölkəsində vəkillərin fəaliyyətinə məhdudiyyətlər ola bilməz''

''Avropa Şurası ölkəsində vəkillərin fəaliyyətinə məhdudiyyətlər ola bilməz''

16-11-2018 17:24 / Bu xəbər 1637 dəfə oxundu

Kristof Puarel: "Azərbaycanda çox iş görülməlidir''
 
Vəkillərin fəaliyyətinə məhdudiyyətlər, hələ təzyiqləri, təhdidləri, onların işinə müdaxiləni demirik, ciddi narahatlıq doğurur və Avropa Şurası ölkəsində bunların yeri ola bilməz.

"Turan” agentliyinin məlumatına görə, bunu Bakıda "Hüquqşünasların rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfransda Avropa Şurası İnsan Hüquqları Direktorluğunun rəhbəri Kristof Puarel deyib.

Konfrans Avropa Şurası tərəfindən təşkil edilib.

O deyib ki, müstəqil hüquqşünasların ədalət mühakiməsi sistemi və geniş ictimaiyyət arasında vasitəçi kimi əsas rol oynaması, ədalət mühakiməsinin insanlar üçün işləməsi üçün onların məsuliyyəti baxımından bir çox ölkələrdə, o cümlədən Azərbaycanda çox iş görülməlidir.

"Vəkillikdə miqyaslı islahatları nəzərə alsaq, Azərbaycan Vəkillər Assosiasiyasının bir sıra ciddi problemləri var. Biz bu məsələlər, həmçinin hüquqşünasların müstəqilliyi və kvalifikasiyası kimi məsələlər üzrə açıq dialoq aparırıq”, - o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda həlli tələb olunan əsas problemlərdən biri ölkədə əhali üzrə adambaşına düşən vəkillərin sayının az olmasıdır.

"Azərbaycanda hər 100 min əhaliyə 10 vəkil düşür. Bu, Avropa üzrə orta göstəricidən (100 min nəfərə 147) 15 dəfə azdır”, - o bildirib. Azərbaycanda milli qanunvericilik və praktika Avropa standartlarına və qabaqcıl praktikaya uyğunlaşdırılmalıdır”.