2019-cu ildə qidadan nə qədər insan zəhərlənib?

2019-cu ildə qidadan nə qədər insan zəhərlənib?

23-01-2020 19:07 / Bu xəbər 960 dəfə oxundu

2019-cu il ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) 89 zəng (0,5%) brusellyoz xəstəliyi, 39 zəng (0,3%) qarayara xəstəliyi, 26 zəng (0,1%) isə vərəm xəstəliyi barədə olub.

Agentlikdən Toplum.tv-yə verilən məlumata görə, AQTA-nın 1003 "Çağrı Mərkəzi”nə, rəsmi sosial şəbəkə səhifəsinə və şəhər telefonu vasitəsilə müxtəlif məzmunlu 19 944 müraciət daxil olub. Müraciətlərdən 2291 zəng (11%) istehlakçı hüquqlarının pozulması halları, 480 zəng (2,4%) qida zəhərlənməsi barədə olub. 

"Çağrı Mərkəzi” vasitəsilə qida zəhərlənməsi və digər qida mənşəli xəstəliklərə aid Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən 482 təcili bildiriş və məlumat daxil olub.

Araşdırmalar nəticəsində 482 bildiriş və məlumat əsasında 208 zəhərlənmə faktı təsdiq edilib, 274 bildiriş təsdiqini tapmayıb. 

Müraciətlər əsasında 987 nəfər zərərçəkən qeydiyyata alınıb, onlardan yalnız 585 nəfərində qida zəhərlənməsi faktı kliniki təsdiqini tapıb. 

Təsdiq olunmuş qida zəhərlənmələri hadisələri əsasən məişət zəminində baş verib ki, bu da 87.7% təşkil edir.