Milli Şura mitinq qərarı verdi

Milli Şura mitinq qərarı verdi

12-01-2019 01:15 / Bu xəbər 1937 dəfə oxundu

Mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub

Demokratik Qüvvələrin Milli Şurası yanvarın 19-da mitinq keçirilmək haqda qərar qəbul edib.

Bu barədə Arqument.Aza Milli Şuranın sədri Cəmil Həsənli deyib. 

O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinə göndərdikləri xəbərdarlıq müraciətlərində aksiyanın "Məhsul” stadionu və "Ulduz” metrosunun qarşısındakı meydanda keçirilməyi nəzərdə tutulub.

Cəmil Həsənlinin sözlərinə görə, aksiyanın əsas tələbi bloger Mehman Hüseynov da daxil olmaqla siyasi məhbusların azad edilməsi, o cümlədən, ölkənin, xalqın büdcəsindən oğurlanan pulların geri qaytarılması, iqtisadi talan siyasətinə son qoyulması olacaq.

Bundan əvvəl isə Müsavat Partiyası siyasi məhbus hesab edilən şəxslərin azad olunması məqsədilə aksiya keçirməyi planlaşdırmışdı.

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının yanvarın 12-nə təyin olunan mitinqinə icazə verməyib.
 
Partiya isə bəyanat yayaraq, bu addımın qanunsuz hesab edib və sərbəst toplaşma azadlığının pozulması kimi qiymətləndirib.