Ramazan ayı başladı

Ramazan ayı başladı

06-05-2019 11:24 / Bu xəbər 1059 dəfə oxundu

Azərbaycanda hicri qəməri təqviminin 9-cu ayı olan Ramazan ayı (Orucluq) başlayıb.

Miladi təqvimi ilə mayın 6-sı Ramazan ayının ilk gündür.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqlamasına görə, mayın 5-dən 6-na keçən gecə, niyyət gecəsi idi, bu gün, mayın 6-ı isə artıq Ramazan ayının birinci günü başlayıb.

Orucluğun başa çatması, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazidə görünməsinə əsasən, iyunun 5-nə təsadüf edəcəyi gözlənir.

Orucun mühüm əməllərindən biri olan fitrə verilməsi Ramazan ayının son günüdür.

İslam dininə görə, hər bir müsəlman fitrə verməlidir. QMİ açıqlamasına görə, bu adambaşına təqribən 5-10 manat edir.
 
Azadliq.org