AXCP fəalının saxlanıldığı deyilir

AXCP fəalının saxlanıldığı deyilir

08-07-2019 18:00 / Bu xəbər 727 dəfə oxundu

İyulun 8-dә Azərbaycan Xalq Cəbhəsi Partiyasının Masallı rayon təşkilatının üzvü Araz Məmmədov saxlanıb.

Bu barədə Amerikanın Səsi məlumat verib. 

Partiyadan bildirilib ki, cəbhəçi fəal Masallı Rayon Polis Şöbəsinə aparılıb və artıq bir neçə saatdır ondan heç bir xəbər yoxdur.

Saxlanma səbəbi isə bilinmir.

Mәsәlә ilә bağlı Daxili İşlәr Nazirliyindən məlumat almaq mümkün olmayıb.

Keçən həftə AXCP Ali Məclisinin üzvü, Sabirabad rayonunda yaşayan Sahib Rüstəmli saxlanmışdı. 

O, bir neçə saat saxlandıqdan sonra azadlığa buraxılmışdı. 

AXCP üzvü sosial şəbəkələrdə yazdıqları ilə bağlı sorğu-sual olunduğunu bildirmişdi.