“2020-ci ilin büdcəsinin hər 100 manatından 70 qəpiyi elmə xərclənəcək” - Qubad İbadoğlu

“2020-ci ilin büdcəsinin hər 100 manatından 70 qəpiyi elmə xərclənəcək” - Qubad İbadoğlu

23-10-2019 19:14 / Bu xəbər 843 dəfə oxundu

"2020-ci ilin büdcəsinin hər 100 manatından 70 qəpiyi elmə xərclənəcək”.

Bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu 2020-ci il büdcəsini şərh edərkən deyib.

Ekspert öz feysbuk hesabında yazır ki, 2020-ci ilin büdcəsinin hər 100 manatından 21 manat 60 qəpiyi güc strukturlarına, 18 manat 20 qəpiyi tikintiyə, 1 manatı ətraf mühitin mühafizəsinə, 70 qəpiyi isə elmə xərclənəcək: "2020-ci il üçün proqnozlaşdırılan Azərbaycan dövlət büdcəsinin hər 100 manatından 56 manat 10 qəpiyi neft, 43 manat 90 qəpiyi isə qeyri-neft gəlirlərindən formalaşacaq. Büdcə gəlirlərinin hər 100 manatından 47 manatını ARDNF, 32 manat 60 qəpiyini Vergilər Nazirliyi, 16 manat 60 qəpiyini Dövlət Gömrük Komitəsi yığacaq, büdcəyə çatacaq hər 100 manatdan 3 manat 50 qəpiyi də cərimə və sanksiyalar hesabına toplanacaq”.

"Büdcə xərclərinə gəlincə, hər 100 manatdan 64 manat 20 qəpik birbaşa cari xərclərə, yəni istehlaka, 29 manatı əsaslı xərclərə, yəni inkişafa, 6 manat 80 qəpiyi isə dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək”, - iqtisadçı bildirib.

Ekspertin fikrincə, 2020-ci il üçün proqnozlaşdırılan büdcənin hər 100 manatından 21 manat 60 qəpiy müdafiə, milli təhlükəsizlik, hüquq mühafizə, məhkəmə və prokurorluq orqanlarının saxlanılması, 18 manatı 20 qəpiyi tikinti, 12 manat 10 qəpiyi sosial müdafiə, 11 manat 70 qəpiyi təhsil, 7 manat 40 qəpiyi idarəetmə, 6 manat 80 qəpiyi dövlət borcuna xidmət, 5 manat 10 qəpiyi səhiyyə, 4 manat 40 qəpiyi kənd tərərrüfatı, mənzil və kommunal təsərrüfatı, 1 manat 60 qəpiyi mədəniyyət, incəsənət, bədən tərbiyəsi və informasiya, 1 manatı ətraf mühitin mühafizəsinə, 70 qəpiyi elmə xərclənəcək.///Toplum.Tv