İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

20-01-2020 12:57 / Bu xəbər 453 dəfə oxundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad edib. 

Qaynarinfo xəbər verir ki, dövlət başçısı "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. 

Dövlət və hökumət rəsmiləri, ölkədəki dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad ediblər.