“25 ildir Müsavat əsgəriyəm – qürur duyuram!” – Mustafa Hacıbəyli

“25 ildir Müsavat əsgəriyəm – qürur duyuram!” – Mustafa Hacıbəyli

02-08-2017 23:25 / Bu xəbər 1320 dəfə oxundu

"Müsavata üzv qəbul olunmağımdan 25 il ötdü. Əslində azadlıq mübarizəsinə 1988-ci ildən qoşulmuşam, Zaqatalada keçirilən ilk antierməni aksiyalarında iştirak etmişəm. 1989-cu ildən AXC Zaqatala şöbəsinin gənclər təşkilatının qurucularından biri olmuşam”.

Bunu Müsavat Məclisinin üzvü, "Basta” saytının baş redaktoru Mustafa Hacıbəyli Müsavata üzv qəbul olunmasının 25-ci ildönümündə özünün feysbuk səhifəsində yazıb.

"O vaxtan bəri Azadlıq mücadiləsi səngərdən keçəndə əlimdə silahla səngərdə, meydanlardan keçəndə əlimdə bayraqla meydanlarda, mətbuat səhifələrindən keçəndə əlimdə qələmlə mətbuatda, seçki məntəqələrindən keçəndə əlimdə müşahidəçi vəsiqəsi ilə seçki məntəqələrində olmuşam.

Yaralanmışam, işgəncələrə, həbslərə, şirnikləndirmələrə məruz qalmışam, dönməmişəm, dönmərəm!

Mənim üçün Vətən Müsavatdan başlayır, çünki Vətən – Müstəqil Azərbaycan həqiqətən Müsavatdan başlayıb.

25 ildir Müsavat əsgəriyəm – bununla qürur duyuram”, – Mustafa Hacıbəyli vurğulayıb.