"28 bələdiyyə namizədinin içində bir nəfər qadın yoxdur"

08-12-2019 15:22 / Bu xəbər 894 dəfə oxundu

"Ölkəmizin ciddi problemi olan, təhsil problemi də kəndimizdən yan keçməyib. Xüsusən qızların təhsili ilə bağlı həyəcan təbilinin çalınmasına ciddi əsas var. Bunun göstəricisidir ki, 28 bələdiyyə namizədinin içində bir nəfər qadın yoxdur".

Bunu politoloq Rüfət Əliyev seçicilərinə müraciətində qeyd edib.

O, 77 saylı Astara seçki dairəsi üzrə Hamoşam kənd bələdiyyəsinə namizədliyi irəli sürüb.

Rüfət Əliyev deyib ki, icra strukturlarında, məktəblərin rəhbərliyində bir nəfər də olsun, qadın  təmsil olunmur: "Bütün dünyada, inkşafın əsas meyarlarından biri də, qadınların icra, qanunverici, yerli özünüidarəetmə sturukturlarında təmsilçiliyi ilə ölçüldüyü halda, bizdə bu göstərici çox aşağıdır. Bunun bir sıra subyektiv və obyektiv səbəbləri var. Əgər etimad göstərərsinizsə, bütün bu tipli hallara qarşı mübarizə, ciddi maarifləndirmə işi aparırıq. Təhsillə bağlı xüsusi proqram qəbul olunar. Bələdiyyənin nəzdində Təhsil fondu yaradılacaq. Fond, təhsil almaq istəyən qız  balalarımıza hər cür dəstək verəcək. Onların repititor hazırlıqlarına, dərs vəsaiti ilə təmin olunmasına, orta ixtisas, peşə, ali  məktəblərə qəbul olunduqarı halda, təhsil haqqların ödənilməsinə,  təhsil almalarına dəstək üçün, təqaüdlər veriləcək". 

"Əgər etimad göstərərsinizsə,  biz bələdiyyə olaraq işimizi bununla da bitmiş hesab etməyəcəyik. Yuxarıda bəhs etdiyim, Təhsil fondunun imkanları ilə,  məktəbə yeni qədəm qoyan, fidan  balalarımızın təhsilinə stimul vermək üçün,  bayramlar ərəfələrində onlara xüsusi hədiyyələr veriləcək. Məktəb-Bələdiyyə rabitəsi bizim üçün əsas prioritet olacaq. Bunların heç biri quru vəd deyil. Hamısının həyata keçirilməsi mümkün olan, işlərdir", - qeyd edib. 

"Mənim istəyim, amalım, bələdiyyə üzvü,  bələdiyyə sədri olmağım deyil. Mənim istəyim, məhz bələdiyyənin özüdür. Mənim istəyim bələdiyyənin görə biləcəyi işlərin nümunəsini yaratmaqdır. Bütün bütün bunları etməyim üçün, məhz sizin dəstəyinizə, səsimizə ehtiyacım var. Səs verin ki, bütün bunları həyata keçirək", - Rüfət Əliyev vurğulayıb.

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.