"37-ci il kimi nifrətlə xatırlanacaq" - Arif Hacılı

18-08-2017 17:18 / Bu xəbər 1358 dəfə oxundu

Müsavat Partiyasının başqanı Arif Hacılı siyasi məhbus İlkin Rüstəmzadənin ölümlə təhdid edilməsinə münasibət bildirib. 

Arqument.Az xəbər verir ki, o, bu barədə feysbuk hesabında yazıb. 

"Bu gün irticanın hədəfində İlkin Rüstəmzadədir. …Soljenitsının kitablarından, sovet dövrü dissidentlərinin xatirələrindən oxuyurduq ki, siyasi məhbusun azadlığa çıxması ərəfəsində bir təxribat törədib həbs müddətini uzadırdılar, həbs düşərgələrində və ya kameralarda məhv edirdilər. Bu gün həmin hadisələri yaşayırıq", - Arif Hacılı bildirib. 

Müsavat başqanı ölümlə təhdid edilən Rüstəmzadənin həbsxana həyatını 1937-ci illərlə müqayisə edib: "Siyasi məhbuslar azadlığa buraxılmır, rəislər onları məhv edəcəkləri ilə hədələyir. Belə görünür ki, uzun illər 1937-ci il nifrət və ikrah hissi ilə xatırlandığı kimi 2017- ci il də həmin duyğularla xatırlanacaq. Xalq qəhrəmanlarını unutmadığı kimi, cəlladları da unutmayacaq".