39 dərəcə isti gözlənir

39 dərəcə isti gözlənir

26-07-2017 12:54 / Bu xəbər 1054 dəfə oxundu

İyulun 27-si Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı bildirilir. 

Mülayim şimal-qərb küləyinin gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 23-26, gündüz 31-36, Bakıda gecə 24-26, gündüz 32-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz olacağı bildirilir. Ancaq günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal edilir. Gecə 20-25, gündüz 35-39, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti təxmin edilir.///azadliq.org