42 dərəcə isti gözlənir

42 dərəcə isti gözlənir

28-07-2017 13:50 / Bu xəbər 1107 dəfə oxundu

İyulun 29-u Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 22-26, gündüz 34-39, Bakıda gecə 24-26, gündüz 36-38 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənilmir. Ancaq gecəyə doğru bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal edilir. Gecə 21-26, gündüz 35-42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti təxmin edilir.///azadliq.org