42 jurnalist tutuldu

42 jurnalist tutuldu

25-07-2016 11:32 / Bu xəbər 1273 dəfə oxundu

Türkiyə hökuməti 42 jurnalist barədə həbs qərarı çıxarıb.

Məlumatı «Reuters» agentliyi NTV-yə istinadən yazıb. Türkiyədə tanınmış şərhçi və keçmiş millət vəkili Nazlı Ilıcak da bu şəxslər arasındadır.

İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub. Bundan sonra 60 mindən çox adam saxlanıb, işdən çıxarılıb, ya da istintaqa cəlb edilib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan iyulun 24-də etdiyi açıqlamasında bildirib ki, 13 min adam həbs edilib, 1000-dən çox məktəb və vəqflər bağlanıb.

Hökumət əməliyyatların davam edəcəyini bildirib.