AB-dən Türkiyəyə: “Anındaca dayandırarıq”

AB-dən Türkiyəyə: “Anındaca dayandırarıq”

25-07-2016 13:21 / Bu xəbər 1703 dəfə oxundu

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Türkiyədə edam cəzasının bərpası barədə təşəbbüslərə münasibət bildirib. 

Yunker deyib ki, ölüm hökmünün bərpa edilsə Türkiyənin Avropa Birliyinə (AB) üzvlük prosesini dayandırılacaq.

France 2 televiziyasına danışan Yunker Türkiyənin hazırki vəziyyətinə görə yaxın gələcəkdə AB üzvü ola biləcəyinə inanmadığını bildirib. 

"Türkiyə edam cəzasını bərpa etsə, biz də müzakirə prosesini anındaca dayandırarıq. Edam cəzasını tanıyan bir ölkənin Avropa Birliyində yeri ola bilməz”, – deyə Yunker vurğulayıb.

azadliq.info