ABŞ-da koronavirusa yoluxanların sayı 300 mini keçdi, 8300-dən çox adam öldü

ABŞ-da koronavirusa yoluxanların sayı 300 mini keçdi, 8300-dən çox adam öldü

05-04-2020 15:00 / Bu xəbər 873 dəfə oxundu

ABŞ-da 306 mindən çox insan koronavirusa yoluxub, ölənlərin sayı 8300-ü keçib. 

Bu barədə arqument.az xarici mediaya istinadən xəbər verir.

Nyu-York ştatı, pandemiyadan ən çox əziyyət çəkən ştat olaraq qalır, burada son gün 630 ölüm faktı qeydə alınıb, ölənlərin ümumi sayı 3565-ə yüksəlib. 

Prezident Donald Tramp amerikalılara yaxın günlərdə koronavirus ölümündə böyük bir artıma hazırlaşmağı çağırıb. 

O, federal hökumətin süni havalandırıcı aparatlarının əldə edilməsi üçün kifayət qədər səy göstərmədiklərinə dair tənqidləri rədd edərək bəzi qubernatorların ehtiyac duyduqlarından daha çox apparat istədiklərini iddia edib. 

Ağ Evin tibb üzrə mütəxəssisləri, radikal əmrlərə əməl olunsa da belə 100.000 - 240.000 arasında amerikalıların pandemiya nəticəsində öləcəyini təxmin edirlər. 

Tramp pandemiya ilə əlaqədar olaraq gözlənilən insan itkilərinin sayını Birinci və İkinci Dünya Müharibələrində olan itkilərlə müqayisə edib.

Birinci Dünya Müharibəsində təxminən 118.000, İkinci Dünya Müharibəsində isə təxminən 414.000 amerikalı həlak olub.