ABŞ Dövlət Departamenti narahatdır

ABŞ Dövlət Departamenti narahatdır

27-05-2017 15:29 / Bu xəbər 1140 dəfə oxundu

''Təkidlə Azərbaycan hakimiyyətini təkcə Gözəl Bayramlını yox, öz fundamental hüquqlarını, o cümlədən ifadə azadlığı hüququnu gerçəkləşdirdiyinə görə həbs olunan hər kəsi azad etməyə çağırırıq''

"ABŞ Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının həbsi barədə məlumatdan narahatdır", - ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Turan-ın müxbiri ilə söhbətində bildirib.

"Biz təkidlə Azərbaycan hakimiyyətini təkcə Gözəl Bayramlını yox, öz fundamental hüquqlarını, o cümlədən ifadə azadlığı hüququnu gerçəkləşdirdiyinə görə həbs olunan hər kəsi azad etməyə çağırırıq. Biz dinc siyasi iştirak üçün şəraitin yaradılmasına çağırırıq",- o əlavə edib.

Gözəl Bayramlı mayın 25-də Gürcüstandan gələrkən 12 min dollar qaçaqmalçılığında ittiham olunaraq saxlanılıb.

Mayın 26-da AXCP sədrinin müavini Gözəl Bayramlı Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə azadlıqdan məhrum edildib.