"ABŞ Ərdoğanı aradan götürmək istəyir" - Rusiyalı politoloq

08-10-2017 20:02 / Bu xəbər 275 dəfə oxundu

ABŞ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı aradan götürmək üçün hər şeyi edəcək.

"Qaynarinfo" xəbər verir ki, bu iddia ilə Rusiya parlamentinin sabiq üzvü Yevgeni Tarlo çıxış edib.

Tanınmış siyasi şərhçi 1-ci kanala açıqlamasında bildirib ki, Ərdoğanın müstəqil siyasəti Qərbi narahat edir: "Qərbin Rusiya və Türkiyəyə yönəlmiş siyasəti Moskva və Ankaranı birlişdirdi. 15 iyuldakı uğursuz çeviriliş cəhdində Amerikanın izi var idi. Amerikanın hər zaman belə olaylarla birbaşa bağlantısı olur. Ərdoğan iqtidarda olduğu müddətdə Vaşinqton o bölgədə "problemləri" olacaq. Dolayısı ilə ABŞ Ərdoğanın aradan götürülməsi üçün hər şeyi edəcək. Türkiyə prezidentinə qarşı aksiyalar, Ukraynadakına bənzər meydan hərəkatı, iqtisadi sanksiyalar və başqa təzyiqlər gözlənilir. Bu arada ABŞ-ın bölgədəki Kürdistan layihəsi də Türkiyəni hədəfə alır".