ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

10-04-2019 15:47 / Bu xəbər 1155 dəfə oxundu

ABŞ Maliyyə Nazirliyi hesab edir ki, Rusiyaya qarşı sanksiyalar siyasəti öz müsbət nəticələrini verməkdədir.

"Report" xəbər verir ki, bu fikri ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Konqresin Nümayəndələr Palatasının Təxsisatlar komitəsində keçirilən dinləmələrdə deyib. 

Onun sözlərinə görə, rəsmi Vaşinqton Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməyə davam edəcək.

"Sanksiyalar çox vacib alətdir. Hesab edirəm ki, biz bunu Rusiya əleyhinə çox səmərəli istifadə etmişik. Rusiyanı uyğun olmayan davranışlarını dəyişməsi üçün sanksiyalardan istifadə etməyi davam etdirəcəyik" deyə nazir bildirib.