ABŞ səfiri və müavinləri Arif Hacılı ilə görüşdü

ABŞ səfiri və müavinləri Arif Hacılı ilə görüşdü

29-08-2016 17:24 / Bu xəbər 873 dəfə oxundu

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb. 

Görüşdə ABŞ səfirinin müavini Uilyam R.Qill və səfirin Siyasi İşlər üzrə müşaviri xanım Süzan Çesli də iştirak ediblər.

Müsavatın mətbuat xidmətindən Arqument.Az-a daxil olan məlumatda bildirilir ki, görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyət, 26 sentyabra təyin olunan Referendumun mahiyyəti və mümkün nəticələri ilə bağlı ətraflı müzakirələr aparılıb.

Görüşdə son dövrlər həyata keçirilən siyasi həbslər, məhkəmə prosesləri, imzatoplama prosesində Müsavat Partiyasının üzvlərinə qarşı təzyiqlər, "Respublika” təşviqat qrupunun referenduma buraxılmaması, söz və mətbuat azadlığının indiki durumu, ölkədəki sosial-iqtisadi vəziyyət, dünyada və regionda baş verən hadisələr müzakirə olunub.

Görüşdə həmçinin ABŞ səfirliyi ilə Müsavat Partiyası arasında əməkdaşlığın inkişaf etdirilməsi razılaşdırılıb.

Arqument.Az