ABŞ səfirliyi Azad Həsənovun işi ilə maraqlanır

ABŞ səfirliyi Azad Həsənovun işi ilə maraqlanır

24-10-2018 14:20 / Bu xəbər 1298 dəfə oxundu

ABŞ-ın Azərbaycandakı səfirliyi Azad Həsənovun vəkili Osman Kazımovu səfirliyə dəvət edib. 

Bu haqda Osman Kazımov məlumat verib. 

"Son dovrlərdə baş verən hadisələr xüsusilə də Azad Həsənovun həbsi ilə baglı geniş müzakirə apardıq. ABŞ səfirliyi yeganə səfirlikdir ki, insan hüquqları ilə baglı məsələlərə dərhal reaksiya verir və bu məsələlərə çox həssas yanaşır”, – Osman Kazımov bildirib.

Azad Həsənov oktyabrın 11-də mühacirətdə olduğu Litvadan ağır vəziyyətdə olan atasını görmək üçün Bakıya qayıdıb və bundan bir neçə saat sonra yaşadığı Hövsan qəsəbəsində həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqarda törədildikdə) cinayət işi qaldırılıb.

Oktyabrın 12-də Xətai rayon Məhkəməsi hakim İbrahim İbrahimlinin sədrliyi ilə Həsənov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Müsavat Partiyası Azad Həsənova qarşı ittihamın uydurma olduğunu bəyan edib.

Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. O, 2014-cü ilin fevralından ailəsi ilə birgə mühacirətdədir,  2016-cı ilin yanvar ayından Litvada siyasi sığınacaq alıb.///Bastainfo.com