ABŞ səfirliyi vəkilinin avtomobilinə güllə dəydiyini TƏSDİQLƏDİ

ABŞ səfirliyi vəkilinin avtomobilinə güllə dəydiyini TƏSDİQLƏDİ

22-04-2016 14:16 / Bu xəbər 1606 dəfə oxundu

Azərbaycandakı səfirliyi müvəqqəti işlər vəkili Derek Hoqanın avtomobilinə park edildiyi yerdə güllə dəydiyini təsdiqləyib.

Səfirlikdən apa-ya verilən məlumata görə, hadisə baş verən zaman Derek Hoqan avtomobildə olmayıb: "Hadisə zamanı heç bir səfirlik əməkdaşı xəsarət almayıb. Polis araşdırması davam edir. Biz digər bütün sorğuların cavablarını yerli səlahiyyətli şəxslərə buraxırıq".

Qeyd edək ki, məlum hadisə ötən gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsində yerləşən "Bulaq" restoranında qeydə alınıb. Bir qrup şəxs arasında baş verən silahlı insident nəticəsində iki nəfər – Fuad Əkbərov və Süleyman Abdullayev güllə yarası alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. 

Hadisə iştirakçılarından bir nəfər tutulub. Hazırda polis hadisənin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Arqument.Az