ABŞ səfirliyindən Azərbaycana 1,7 milyon dollarlıq yardım

ABŞ səfirliyindən Azərbaycana 1,7 milyon dollarlıq yardım

28-03-2020 14:32 / Bu xəbər 1093 dəfə oxundu

COVID-19 virusunun yayılması ilə mübarizədə, ABŞ Dövlət Departamenti və USAID/Azerbaijan Azərbaycana laboratoriya sistemlərinin hazırlanması, yeni yoluxma hallarının aşkarlanmasında və əsaslı nəzarət işlərinin aparılmasında fəallığın artırılması, həmçinin cavab və hazırlıq üzrə texniki mütəxəssislərə dəstəyin və risk şəraitində kommunikasiya efektivliyinin artırılması məqsədilə 1,7 milyon dollarlıq tibbi yardım göstərir.
 
Son 20 ildə Birləşmiş Ştatlar təkcə Azərbaycanda səhiyyə sahəsinə 41 milyon dollara yaxın və ümumilikdə 890 milyon dollardan artıq yardım ayırıb.