ABŞ Senatında Azərbaycan rəsmilərinə qarşı sanksiya tələb olunub

ABŞ Senatında Azərbaycan rəsmilərinə qarşı sanksiya tələb olunub

08-09-2017 03:09 / Bu xəbər 3038 dəfə oxundu

ABŞ Senatoru Riçard Durbin bu dəqiqələrdə Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar barədə düzəliş təqdim edib.

Senatorun təqdim etdiyi düzəliş Mehman Əliyevin həbsində rol oynamış bütün Azərbaycan rəsmilərinə Amerika Birləşmiş Ştatlarına daxil olmağı qadağan edir.

Düzəliş Dövlət Katibindən rica edir ki, sanksiyaların tətbiq olunacağı Azərbaycan rəsmilərini müəyyən etsin.

Düzəliş 2018-ci büdcə ili üçün Ştat və Xarici Əməliyyatlara dair qanun layihəsinin müzakirəsi əsnasında təqdim olunub, və hazırda Vaşinqtonda tam komitə heyəti tərəfindən nəzərdən keçirilir.

İllinois ştatını təmsil edən Demokrat Senator Durbin 1997-ci ildən bəri Senatda xidmət edir.

İnsan haqlarının fəal müdafiəçisi kimi tanınan Senator Durbin Demokrat Partiyasının Konqresdə nüfuzlu qanunvericilərindən biri kimi tanınır. 

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. Mühman Əliyev bütün ittihamları rədd edərək onları siyası sifriş adlandırıb.

Vergilər Nazirliyi avqustun 8-də "Turan” agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. Mehman Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib və agentliyin bütün bank hesabları dondurulub.

ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsinə çağırıb.