ABŞ Türkiyəyə, Türkiyə ABŞ-a qadağa qoydu - YENİLƏNİB

ABŞ Türkiyəyə, Türkiyə ABŞ-a qadağa qoydu  - YENİLƏNİB

09-10-2017 01:27 / Bu xəbər 3224 dəfə oxundu

Oktyabrın 8-də ABŞ Türkiyədən edilən viza müraciətlərini müddətsiz olaraq dayandırıb. 

Toplum.Tv xəbər verir ki, bu barədə ABŞ-ın Ankaradakı Səfirliyi məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, Türkiyədən ediləcək qeyri-miqrasiya məqsədli viza müraciətləri müddətsiz dayandırılıb. Səfirlik bu addımın ölkədəki "işci heyətinin təhlükəsizliyi" ilə bağlı atıldığını deyib. 

Açıqlamda deyilir: "Son vaxtlar yaşanan hadisələr Amerika hökumətini Türkiyə-ABŞ diplomatik missiyasının qurumları və heyətinin təhlükəsizliyi ilə bağlı öhdəliklərini yenidən dəyərləndirmək məcburiyətində qoyub. Bu müddət ərzində səfirliyə və konsulluğa edilən müraciətlərin sayını azaltmaq üçün ABŞ bu andan etibarən Türkiyədəki ABŞ səfirliklərində qeyri-miqrasiya məqsədli viza xidmətlərini dayandırır”.

 
 ***
 
ABŞ-ın bu qərəndan sonra Türkiyənin Vaşinqtondakı Böyük Elçiliyi bəyanat yayıb. 

Bəyanatda bildirilir ki, Türkiyə cavab olaraq, bütün ABŞ vətəndaşlarına viza qadağası qoyub. 
 
Xəbəri Türkiyənin NTV kanalı yayıb. 

Olay Türkiyə mediası və ictimaiyyətində rezonans doğurub. Çünki Türkiyə özünün diplomatiya tarixdə ilk dəfədir ki, belə halla rastlaşır. 

Bəs "Qeyri miqrasiya viza xidmətləri”nə nələr daxildir? 

Qeyri-miqrasiya məqsədli viza xidmətləri ABŞ-a turist kimi, həmçinin iş, keçici iş, təhsil və ya tibbi müayinə səbəbilə getmək istəyənlərə verilən viza xidmətləridir.

Rəcəb Tayyib Ərdoğan və Donald Trampın 21 sentyabr 2017-ci il tarixdəki görüşündən sonra belə bir qərarın verilməsi Türkiyə ictimaiyyəti üçün gözlənilməz olub. Baxmayaraq ki, sentyabrın 28-də ABŞ hökuməti Türkiyəyə səyahət edən vətəndaşlarına xəbərdarlıq edərək onların, xüsusilə də Türkiyənin cənub-şərqinə getməmələrini tövsiyə etmişdi.