ABŞ UNESKO-dan çıxıb

ABŞ UNESKO-dan çıxıb

12-10-2017 18:09 / Bu xəbər 1390 dəfə oxundu

ABŞ UNESKO-da çıxdığını elan edib.
 
APA-nın xəbərinə görə, ABŞ Dövlət Departamenti bu barədə qərarı qurumun baş direktoru İrina Bokovaya bildirib.
 
Dövlət Departamentinin məlumatda bildirilir ki, ABŞ 31 dekabr 2018-ci ilə qədər UNESKO-da işinə davam edəcək, ondan sonrakı dövrdə isə sadəcə müşahidəçi missiyasını yerinə yetirəcək.
 
Öz növbəsində, İ. Bokova ABŞ-ın bu qərarından təəssüfləndiyini qeyd edib.