ABŞ Zərifə sanksiya tətbiq edib

ABŞ Zərifə sanksiya tətbiq edib

02-08-2019 11:02 / Bu xəbər 1013 dəfə oxundu

"Zərif İranın ali rəhbərinin anlamsız gündəmini həyata keçirir və rejimin dünyadakı əsas sözcüsüdür''

ABŞ iyulun 31-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı ABŞ-dakı və ya ABŞ qurumları tərəfindən nəzarət edilən aktivlərini donduraraq məhdudlaşdırıcı addımlar atıb,- ABŞ Maliyyə Nazirliyi bəyan edib.

Azadlıq Radiosu xəbər verir ki, İranın nüvə proqramı ilə bağlı məhdudiyyətlər də uzadılıb, Dövlət Katibinin mətbuat xidməti açıqlamasında bildirib.

"Zərif İranın ali rəhbərinin anlamsız gündəmini həyata keçirir və rejimin dünyadakı əsas sözcüsüdür. ABŞ İran rejiminə son davranışının tamamilə qəbuledilməz olduğu barədə açıq mesaj göndərir," - maliyyə naziri Stivn Mnuçin (Steven Mnuchin) deyib. Zərif nüvə sənayesi ilə bağlı ABŞ və digər ölkələrlə Tehran arasında olan gərginliyi aradan qaldırmağa çalışan əsas siyasi fiqur olub. ABŞ Dövlət Katibi Mayk (Mike) Pompeo verdiyi açıqlamada deyib ki, Zərifin mövqeyi "ali liderin sabitləşdirmə siyasətinin bir çoxunu inkişaf etdirmək üçün vasitədir" və məhdudlaşdırıcı tədbirlər "bu reallığı əks etdirir".

Vaşinqton aktivləri dondurmaqla yanaşı Zərifin səyahət etmək imkanlarını da məhdudlaşdıracaq. Nazir məhdud məhdudiyyətlərə baxmayaraq Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatına ziyarətini davam etdirə biləcək. Zərif tvitində qeyd edib ki, ona qoyulan məhdudiyyətlər ABŞ-ın onu təhlükə hesab etməsiylə bağlıdır. "ABŞ-ın gətirdiyi səbəb mənim İranın" dünyadakı əsas sözcüsü "olmağımdır," - o yazıb. O, daha sonra qeyd edib ki, sanksiyaların "mənə və ya ailəmə heç bir təsiri yoxdur, çünki İrandan kənarda əmlakım və maraqlarım yoxdur".

İki ölkə arasında gərginlik 2015-ci ildə imzalanmış nüvə razılaşması ilə bağlıdır. Tehran sanksiyaların aradan qaldırılması müqabilində nüvə proqramını böyük dərəcədə məhdudlaşdıracağını vəd edib. 2018-ci ildə ABŞ Prezidenti Donald Tramp sazişdən çıxaraq bir çox sahədə, o cümlədən neft və maliyyə sənayesində iqtisadi sanksiyaları bərpa etdi. Bununla yanaşı ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton (John Bolton) 31 iyul tarixində bildirib ki, ABŞ. Çin, Rusiya və Avropa Birliyi ölkələri ilə Tehran arasında mülki nüvə əməkdaşlığının davam etməsi üçün sanksiyaları yüngülləşdirəcək. Nüva razılaşmasının tərəflərindən olan Fransa, Almaniya və İngiltərə sazişi qurtarmağa çalışırlar və Tehrana iqtisadi rahatlığı təmin etmək üçün mürəkkəb maliyyə barter sistemi təklif ediblər. İran artıq razılaşmaya məsuliyət daşımadığını və iyulun 1-də uranı miqdarından çox zənginləşdirdiyini deyib. Razılaşmanın xilasına əngəl olan digər bir məsələ son həftələrdə London və Tehran arasında gərginliyin artması olub. Buna səbəb Cəbəllütariqdə İran tankerinin Britaniya qüvvələri tərəfindən ələ keçirilməsi və İranın cavab olaraq Hörmüz boğazında Britaniya bayraqlı neft tankerini tutması olub.

İyulun 28-də Vyanada keçirilən görüşmədə isə tərəflər razılaşmanın qorunması üçün çox az yol qət edə biliblər.