Abutalıbovun qardaşı uşaq bağçasına “Əsli” adı verdi

Abutalıbovun qardaşı uşaq bağçasına “Əsli” adı verdi

18-11-2017 17:36 / Bu xəbər 2442 dəfə oxundu

Özəl uşaq  bağçası  biznesi  bəzi məmurlar üçün asan qazanc mənbəyinə çevrilib. 

Nuh.az xəbər verir ki, bağçalarda qiymətlər isə 250 manatdan başlayıb 700-800  manatadək  artır.  

Minimum əmək haqqının 165 manat olduğu ölkədə 700 manata uşaq bağçasınn olması ciddi problemdir. Bütün bunlar  azmış kimi, uşaq bağçlarının adları da xarici, əcnəbi adlardır: "Baby plaza”, "Znayka”, "Baby star”, "Olimp”, "Nappy life”, "Pley orena”, "Nemo”, "Happi babies”, "Mickeys hous” və s.

Bu yaxınlarda ölkə başçısının "dilimizin saflaşdırılması" ilə bağlı sərəncam imzladı.  Bu sərəncamdan sonra, deyəsən, "buz tərpənib”. 

"İlk  addım" Bakının meri Hacıbala Abutalıbovdan gəlib.

Belə ki, Bakı şəhərində xeyli sayda özəl uşaq bağçası Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıovun yaxınlarına məxsusdur.

Nuh.az-a daxil olan məlumata görə, Hacıbala Abutalıbovun qardaşı Osman Abutalıbovun rəis olduğu 14 saylı Tikinti İdarəsi ( SU-14 ) özəlləşdirilərək  uşaq bağçasına çevirilib. Yeni bağça Nəsimi rayonu ərazisində yerləşir.

Ən maraqlısı odur ki, uşaq bağçasının açılışında iştirak edən Hacıbala Abutalıbov doğma dilimizin qayğısına qalaraq uşaq bağçasının "Əsli” adlandırılmasını təklif edib. Və təkif qəbul olunub. Hazırda uşaq bağçasına  merin qardaşı Osman Abutalıbov nəzarət edir.