Adı maliyyə qalmaqallarında hallanan idarə rəisi işdən çıxarıldı

Adı maliyyə qalmaqallarında hallanan idarə rəisi işdən çıxarıldı

19-04-2019 18:13 / Bu xəbər 1110 dəfə oxundu

Maliyyə Nazirliyinin Sabirabad rayon Maliyyə İdarəsinin rəhbəri Hüseynağa Gülüşov işdən azad olunub.
 
Qafqazinfo xəbər verir ki, idarənin rəhbəri ötən gün vəzifəsindən çıxarılıb.  

Belə ki, Maliyyə Nazirliyi tərəfindən idarədə yoxlamalar aparılıb və nöqsanlar aşkarlanıb. Buna görə də sədr işdən azad olunub.

Məsələ ilə bağlı açıqlama verən nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, Hüseynağa Gülüşov dövlət qulluğu olmanın yaş həddini doldurduğuna görə öz arzusu ilə dövlət qulluqçusu vəzifəsinə xitam verilib. 

H. Gülüşovun adı mətbuatda müxtəlif dövrlərdə maliyyə maxinasiyaları məsələsində  hallanıb.