Ağdamın işğalından 25 il ötür

Ağdamın işğalından 25 il ötür

23-07-2018 15:14 / Bu xəbər 1978 dəfə oxundu

İşğalın rayona 3 milyard 135 milyon dollar ziyan vurduğu bildirilir

İyulun 23-də Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 25 il ötür.

Rəsmi məlumatlara görə, işğal nəticəsində 128 min nəfər didərgin düşüb, 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılaraq dağıdılıb.

Ağdamın Qarabağ müharibəsində ən çox şəhid verən rayon olduğu bildirilir, döyüşlərdə 6 minə yaxın rayon sakini həlak olub. Onlardan 16-sı milli qəhrəmandır.

İşğalın rayona 3 milyard 135 milyon ABŞ dolları məbləğində ziyanvurduğu açıqlanıb.

Rayon işğal olunanda prezident səlahiyyətləri Heydər Əliyevdə olub. Belə ki, iyunun 24-də Milli Məclisdə AMİP deputat qrupunun təklifi ilə prezident Əbülfəz Elçibəyin səlahiyyətləri Milli Məclis sədri Heydər Əliyev keçib.///Meydan.tv