ADO teatrı beynəlxalq foruma qatılacaq

ADO teatrı beynəlxalq foruma qatılacaq

29-11-2016 22:52 / Bu xəbər 625 dəfə oxundu

Müstəqil ADO teatrı Gürcüstanda keçiriləcək beynəlxalq foruma qatılacaq. 

Bu barədə Toplum.Tv-yə teatrın PR Meneceri Kamal Aken məlumat verib.

Onun sözlərinə görə, ADO teatrı adından teatrın fransız aktrisası Elsa Furtado iştirak edəcək: "Tibilisidə keçiriləcək "Creative Georgia Forum” tədbirinə ADO teatrı da qatılacaq. Tədbir 8 və 9 dekabr tarixlərində baş tutacaq. Tədbirlə əlaqədar teatrın rəhbəri Elmin Bədəlov da Gürcüstana gedəcək. Eyni zamanda bu formda dünyanın bir çox ölkələrindən Tibilisiyə gəlmiş mədəniyyət adamları da iştirak edəcək. Forumda eyni zamanda Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldovia, Ukrayna mədəniyyət nazirliklərinin əməkdaşları iştirak edəcək. Burada əsas olaraq kreativ mədəniyyət haqqında mübadilədən danışılacaq. Forum şərqdə kreativ mədəniyyətin inkişafına həsr olunub”.

Tədbirdə əsas məqsədi digər ölkələrdən gələn mədəniyyət insanlarının bir-biri ilə tanışlığı və birgə iş birliyi etmələri üçün yaradılmış bir şəraitdir. ADO teatrı bir neçə beynəlxalq festivallarda iştirak edib. Hətta bu ilin yayında Tibilisi şəhərində qastrolda olub və teatr bu şəhərdə 3 gün ara vermədən STOP adlı tamaşasını nümayiş etdirib. Teatrdan verilən məlumatda o da bildirilir ki, ADO`nun 2017-ci ildə də Gürcüstana səfəri planlaşdırılır.

Türkan Bəşir