ADR sədrindən korrupsionerlərə çağırış: "Rüşvət götürməyin, virusa yoluxacaqsınız"

ADR sədrindən korrupsionerlərə çağırış:

05-03-2020 00:53 / Bu xəbər 1246 dəfə oxundu

"Korrupsionerlərə də tövsiyə edirəm ki, rüşvət götürməsinlər karonavirusa yoluxa bilərlər"

"Ölkə ərazisində tədavüldə olan Azərbaycan manatı, ABŞ dolları və Avro hələ də dezinfeksiya olunmadığı üçün əskinaslardan nağd şəkildə istifadənin məhdudlaşdırılmasını tövsiyə edirəm". 

Bunu ADR Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu yazıb.

O bildirib ki, Mərkəzi Bank pulların dezinfeksiya edilməsi ilə bağlı açıqlama versə də, unutmayın tədavüldə olan pulların təkrar dövriyyəsi bir çox hallarda mağazalar vasitəsilə aparılır, Mərkəzi Banka çatmır: "Odur ki, çalışın ödənişlərinizi kartla, eləcə də internet üzərindən elektron şəkildə həyata keçirin".

Məcburiyyətdən əskinaslardan istifadə etsəniz, mütləq əllərinizi dezinfeksiya edin. Unutmayın ki, karonavirus epidemiyası dövrdə mikrob və bakteriyaların yayılma kanallarından biri də çirkli pullardır. Odur ki, korrupsionerlərə də tövsiyə edirəm ki, rüşvət götürməsinlər koronovirusa yoluxa bilərlər. Bu postu pulu olanların oxumağı, hər kəsin paylaşmağı, mətbuatın dərc edib ictimailəşdirməyi tövsiyə olunur", - bildirib.