“Aİ-92” markalı benzinin qiyməti qalxdı

“Aİ-92” markalı benzinin qiyməti qalxdı

15-07-2017 01:05 / Bu xəbər 7493 dəfə oxundu

Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb və müvafiq tarif tənzimlənməsi həyata keçirilib.

Arqument.Az xəbər verir ki, bu barədə Tarif Şurasının yaydığı məlumatda deyilir. 

Beləki, Tarif (qiymət) Şurasının iclasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minir.

Arqument.Az