Aksiya iştirakşıları polisə apardılar

Aksiya iştirakşıları polisə apardılar

24-05-2019 18:49 / Bu xəbər 833 dəfə oxundu

Fəal Ramin Hacılı və Azərbaycandakı Rusiya səfirliyinin qarşısına toplaşan vətəndaşlar polisə aparıldı.

Hacılı AzadlıqRadiosuna bildirib ki, polis əməkdaşları onu səfirliyin yanından polis maşınına otuzduraraq Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) gətirdilər.

"İdarədə yarım saata yaxın oldum və bu müddət ərzində məni qurumun İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurulla Məmmədxanov qəbul edib və aksiyanın səbəblərini soruşub. Mən öz növbəmdə ona rəsmi müraciətimi təqdim etdim, bildirdim ki, Moskvada saxlanılmış həmvətənlərimiz jurnalist Fuad Abbasovun hüquqların bərpasının istəyirik", o bildirib.

Hacılı əlavə etdi ki, BŞBPİ-nin əməkdaşları bildirdilər ki, Azərbaycan dövləti Fuad Abbasovun işi ilə məşğuldur və hüquqların bərpası üçün iş aparılır.

"Profilaktik söhbət bitəndən sonra öyrəndim ki, aksiya iştirakçılarının 12 nəfəri Nəsimi rayon 20-ci polis bölməsinə apardılar. Təxminən 1 saatdan sonra izahat alaraq hamısını sərbəst buraxdılar", fəal qeyd edib.

Nəsimi rauon 29-ci polis bölməsindən və Daxili İşlər Nazirliyindən hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb.

Artıq 3 gündür ki, Rusiya səfirliyin qarşısında jurnalist Fuad Abbasovun müdsafiəsinə etiraz aksiyalar keçirilir. Fuad Abbasov mayın 16-da Moskva şəhərində saxlanılıb. Onun vəkilin sözlərinə görə, saxlanılma zamanı polislər tərəfindən ona qarşı fiziki zor tədbiq edilib.Vəkil həmçinin bildirib ki, Abbasov mayın 28-də Azərbaycana deportasiya oluna bilər.