Aksiya keçirən müsavatçıya 10 sutka inzibati həbs verilib

Aksiya keçirən müsavatçıya 10 sutka inzibati həbs verilib

17-09-2018 14:59 / Bu xəbər 2069 dəfə oxundu

Əziz Qəhrəmanov XİN qarşısında piketdə Ermənistanla sülh danışıqlarının dayandırılmasını tələb edib

Yasamal Rayon Məhkəməsi Müsavat Partiyası Səbail rayon təşkilatının üzvü Əziz Şahinoğlu Qəhrəmanovun barəsində 10 sutka inzibati həbs qərarı çıxarıb.

Onun polisə müqavimətdə ittiham olunduğu deyilir.

Bu haqda "Basta” saytına Müsavat Partiyasının mətbuat xidmətindən məlumat verilib.

Ə.Qəhrəmanov iyunun 15-də Xarici İşlər Nazirliyinin qarşısında təkbaşına piket keçirib.

Müsavatçı "XİN, mənasız sülh danışıqlarını durdurun! Düşmənlə müharibə dili ilə danışın!” şüarını qaldırıb, hadisə yerinə gələn polis onu 29-cu polis bölməsinə aparıb.

Müsavat Partiyasının mətbuat xidməti bildirib ki, məhkəmədə iştirak etmək istəyən müsavatçılar zala buraxılmayıb və proses qapalı keçirilib.