ALDE yetkilisi Avropa Şurasının prezidenti seçildi

ALDE yetkilisi Avropa Şurasının prezidenti seçildi

29-01-2020 00:29 / Bu xəbər 1018 dəfə oxundu

Belçikanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Avropa Liberallar və Demokratlar Alyansının (ALDE qrupunun) üzvü Hendrik Dams Avropa Şurasının yeni prezidenti seçilib.

Bu haqda Müsavat başqanının xarici siyasət məsələləri üzrə müavini Səxavət Soltanlı məlumat yayıb.

"Hendrik Dams həmçinin İnsan Hüquqları, Siyasi Məsələlər və Demokratiya, AŞPA İnstitusional Məsələlər komitələrinin üzvüdür. Müsavat Partiyasına dost olan, üzv olduğumuz ALDE-nin əsas şəxslərindən sayılan senator Hendrik Damsa yeni görəvində uğurlar arzu edirik”, – deyə Soltanlı özünün feysbuk səhifəsində yazıb.

Müsavat yetkilisi onu da əla və edib ki, bu gün ALDE-nin rəsmi saytı Azərbaycandakı seçkilər və Müsavat Partiyasının bu seçkilərdə iştirakı haqqında məqalə dərc edib.
 
Mənbə: "Basta"