Almaniya ABŞ-ı "müasir piratçılıqda" ittiham etdi

Almaniya ABŞ-ı

04-04-2020 15:38 / Bu xəbər 1015 dəfə oxundu

Almaniya hökuməti ABŞ-ı alman tərəfinin ödədiyi minlərlə tibbi maskanı müsadirə etməkdə günahlandıraraq, bunu "müasir pirat aktı" adlandırıb. 

Arqument.az DW-yə istinadən xəbər verir ki, Alamniyanın daxili işlər üzrə senatoru Andreas Geisel koronavirusun yayılması zamanı istifadə üçün nəzərdə tutulan 200 min ədəd tibbi maskanın Banqokda ABŞ rəsmiləri tərəfindən ələ keçirildiyini bildirib. 

Xəbərdə deyilir ki, rəsmi Berlin epidemiya dövründə fəaliyyət göstərən polis əməkdaşları üçün FFP2 markalı respiratorlar sifariş edib. 

Geiselin sözlərinə görə, Almaniya hökuməti tibbi maskaları bir amerikan şirkətindən alsa da, məlum olub ki, həmin mallar Çində istehsal edilib.

"Qlobal böhran dövründə belə, vəhşi Qərb metodlarına tabe olmamalıyıq", deyən Geisel Alman federal hökumətini ABŞ-a beynəlxalq qaydalara riayət etmək üçün təzyiq göstərməyə çağırıb. 

Prezident Donald Tramp Koreya Müharibəsi Qaydalarını əsas gətirərək 3M respirator istehsal edən Amerika şirkətlərinin məhsullarının digər ölkələrə ixrac edilməsinə qadağa tətbiq edib. 

Onun sözlərinə görə, Amerika şirkətləri ilk olaraq tibb preparatlarla daxili tələbatı ödəməlidirlər və ölkə bunun üçün Müdafiə Sənayesi Qanunundan istifadə etməyə hazırdır.  

Xatırladaq ki, Almaniyada koronavirus xəstəliyindən ölənlərin sayı 1017 nəfərə çatıb, onlardan 145-i son günə təsadüf edib. 

Son bir gündə təsdiqlənmiş xəstəlik hallarının sayı 6714 artaraq 79696 olub. 
 
Nizami